BAKI, 18 fevral. TELEQRAF

Rusiya və ABŞ razılaşıblar ki, maraqları uyğun gəlmədikdə, onlar münaqişə yaratmaq yerinə, problemləri həll etməlidirlər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.