.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Müharibəni dayandırmaq üçün istənilən danışıqlar Rusiya təcavüzünün fəsadlarından əziyyət çəkən əsas oyunçulardan kənarda aparılmamalıdır.
Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında belə yazıb.
O qeyd edib: "Ukrayna, Avropa və ( daha geniş mənada - Avropa Birliyidir, Türkiyə və Böyük Britaniya) Amerika ilə birgə müzakirələrdə iştirak etməli və dünya üçün tələb olunan lazımi təhlükəsizlik təminatlarını hazırlamaq üçün bir araya gəlməlidir. Müharibənin dayanıqlı, davamlı sülhlə başa çatması üçün hər hansı səhvə yol verməkdən qaçmaq lazımdır. Bu yalnız o zaman mümkündür ki, müqavilələr ədalətli olsun və zəmanətlər faktiki olaraq onu verməyə qadir olanların hamısının iştirakı ilə verilsin".
Zelenski bildirib ki, Ərdoğanla görüşdə bu məsələləri müzakirə ediblər.
Ukrayna Prezidenti həmkarının anlayışını yüksək qiymətləndirdiyini deyib.