BAKI, 18 fevral. TELQRAF

Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdən sonra Volodimir Zelenski fevralın 19-da Səudiyyə Ərəbistanına getməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransında deyib.

Bundan əvvəl Zelenski fevralın 19-da Səudiyyə Ərəbistanında olacağını bildirmişdi.

Zelenskinin sözlərinə görə, onun krallığa səfəri martın 10-na keçirilib: "Biz indicə Əlahəzrətlə (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud - red) əlaqə saxladıq və martın 10-da rəsmi səfər edəcəyim barədə razılığa gəldik".