
BAKI, 18 fevral. TELEQRAF
Fransanın Baş naziri Fransua Bayru Rusiya və ABŞ prezidentlərinin təmaslarından qəzəblənib.
Teleqraf xəbər verir ki, BFMTV belə məlumat yayıb.
Baş nazir deyib: “Biz Putin və Tramp arasında Avropanı öz ərazisində marginallaşdıran ağlasığmaz ittifaqın şahidi oluruq. Avropa İttifaqının bu məsələdə zəifliyini görmək dəhşətlidir".
Bayru onu da vurğulayıb ki, Avropa ölkələrinin Ukraynaya yardım göstərilməsi məsələsi ilə bağlı Parisdə keçirilən görüşü heç bir irəliləyişlə nəticələnməyib və nəticəsiz başa çatıb.