BAKI, 18 fevral. TELEQRAF

Roma Papası Fransisk ikitərəfli pnevmoniyadan əziyyət çəkir.

Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti bəyanat yayıb.

Məlumatda deyilir ki, bu gün günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi Papanın əlavə tibbi müalicə tələb edən ikitərəfli pnevmoniyadan əziyyət çəkdiyindən xəbər verib.

88 yaşlı Papanın ümumi vəziyyətinin stabil olduğu bildirilir.