
BAKI, 18 fevral. TELEQRAF
Qəzza zolağında atəşkəsin birinci mərhələsinin şərtləri İsrail və HƏMAS hərəkatı atəşkəsin ikinci mərhələsinin parametrləri ilə bağlı razılığa gələnə qədər qüvvədə qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.
“Razılaşmaya əsasən, ikinci mərhələ üzrə razılığa gələnə qədər birinci mərhələnin şərtlərinin tətbiqi davam edəcək”, - Qətər rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən ay İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
Razılaşmanın birinci mərhələsinin icrası 42 gün davam edəcək.