BAKI, 19 fevral. TELEQRAF

İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, ispan çalışdırıcı “Real Madrid”in maraq dairəsinə düşüb.

Məlumata görə, hazırkı baş məşqçi Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. Onun yerinə əsas namizəd “Bayer”in çalışdırıcısı Xabi Alonsodur. İspan mütəxəssis Almaniyadan ayrılmağı düşünmədiyindən, diqqətlər İraolaya yönəlib.

Qeyd edək ki, 42 yaşlı mütəxəssisin çalışdırdığı “Bornmut” hazırda 43 xalla İngiltərə çempionatında 5-ci yerdədir.