
BAKI, 18 fevral. TELEQRAF
Naməlum şəxslər Domodedovo hava limanı yaxınlığında yerləşən mobil telefon qülləsini yandırmağa cəhd ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıblar.
Hadisə fevralın 17-də baş verib. Qüllənin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları sınmış maye şüşələri və cır-cındır tapıblar. Qüllənin xarici naqilləri yanıb, lakin avadanlığa ziyan dəyməyib.
Naməlum şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə cinayət işi açılıb.