
BAKI, 18 fevral. TELEQRAF
Qara dənizdə batmış tankerləri təcili çıxarmaq lazımdır.
Teleqraf xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə belə deyib.
O bildirib ki, əks halda bu, gec partlayan saatlı bomba effekti verə bilər.
15 dekabr 2024-cü ildə doqquz min ton mazut daşıyan "Volqoneft-212" və "Volqoneft-239" tankerləri Qara dənizdə batıb. Yanvarda Rusiya Kerç boğazında neft sızmasının nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyası yaradıb.