.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Dünyanın ən təhlükəli hərbi zonaları tarixi münaqişələri, hazırkı siyasi gərginliyi, sərhədlərdə irimiqyaslı hərbi mövcudluğu və zorakılıq hadisələrinin intensiviliyi ilə seçilir. Bu bölgələrdə ən kiçik bir səhv ölkələr arasında böyük böhrana səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu gün bu regionlardakı siyasi gərginlik beynəlxalq münasibətlərdə mühüm rol oynayır.
Diplomatik səylər və sülh danışıqları çox vaxt qalıcı həllər gətirə bilmir və regionda qeyri-sabitliyi daha da dərinləşdirir. Zorakılıq hadisələrinin intensivliyi bu ərazilərdə yaşayan mülki əhali üçün böyük təhlükə yaradır. Davamlı münaqişə mühiti gündəlik həyata mənfi təsir göstərir və humanitar böhranlara səbəb olur.
Bəs, Üçüncü Dünya müharibəsinin müzakirə olunduğu bir vaxtda ən təhlükəli hərbi zonalar hansılardır?
ABŞ-nin “Best Diplomats” Araşdırmalar Mərkəzinə görə 10 həmin bölgə aşağıdakılardır:
Pakistan – Hindistan sərhədi
Şimali Koreya - Cənubi Koreya sərhədi
İsrail – Suriya sərhədi
ABŞ – Meksika sərhədi
Banqladeş – Hindistan sərhədi
Səudiyyə Ərəbistanı – Yəmən sərhədi
Niger – Çad sərhədi
Kolumbiya – Ekvador sərhədi
Çin – Şimali Koreya sərhədi
Pakistan – Əfqanıstan sərhədi