
BAKI, 18 fevral. TELEQRAF
Rusiya və ABŞ arasında kompromislər barədə danışmaq tezdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.
“Hələ Rusiya və ABŞ arasında kompromislər barədə danışmaq tezdir. Tərəflər yalnız bir-birlərini dinləməyə başlayıblar,” - o qeyd edib.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.