.jpg)
BAKI, 19 fevral. TELEQRAF.
"Wizz Air" aviaşirkətinin Braşovdan (Rumıniya) Lutona (Böyük Britaniya) uçan sərnişin təyyarəsi Kluj-Napoka şəhərində məcburi eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətdən bildiriblər.
Ekipaj Braşovdan yola düşərkən quşlarla toqquşma təhlükəsi barədə məlumat verib. Standart prosedurlara əməl olunub və təyyarəni Kluj-Napokada endirmək qərara alınıb.
Kluj-Napokadakı beynəlxalq hava limanından "Wizz Air" təyyarəsinin ekipajının gövdə zədələnməsi səbəbindən təcili eniş istədiyini təsdiqləyiblər. Təyyarənin göyərtəsində 221 sərnişin və 7 ekipaj üzvü olub.
Təyyarə təhlükəsiz eniş edib. Yanğınsöndürənlərin və ya həkimlərin müdaxiləsinə ehtiyac olmayıb.