BAKI, 18 fevral. TELEQRAF

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında (ÇL) komandasının mərhələ adlamaq şanslarının minimuma bərabər olduğunu söyləyib.

Teleqraf xəbər verir ki, ispan məşqçi turu keçmək ehtimallarının təxminən1 faizə bərabər olduğunu iddia edib.

“Real Madrid”ın baş məşqçisi Karlo Ançelottinin həmkarına cavabı gecikməyib. Təcrübəli mütəxəssis Qvardiolanın fikirlərində səmimi olmadığını deyib: “O, həqiqətdə belə düşünmür. Sabah matçdan əvvəl bu barədə ondan soruşacağam. Bizim kiçik bir üstünlüyümüz var. Bundan yararlanmağa və ilk görüşdəki kimi oynamağa çalışacağıq”.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin ilk oyununda “Real Madrid” səfərdə “Mançester Siti”ni çətin hesabla (3:2) məğlub edib. Təkrar oyun sabah Madriddə keçiriləcək.