
BAKI, 19 fevral. TELEQRAF
İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq olunub.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər əhalisinə ciddi zərurət olmayınca evdən bayıra çıxmaları məsləhət görülmür.
İstanbul valisi Davud Gül sosial media hesabında paylaşım edərək, fevralın 19-21-də şəhərdə əlverişsiz hava şəraitinin gözlənildiyini qeyd edib: “Ciddi ehtiyac yaranmayana qədər şəxsi avtomobilləri sürməyin. Nəqliyyat vasitələrində qış təkərindən istifadə edin. Buzlaşmaya və şaxtaya qarşı tədbir görün, ictimai nəqliyyata üstünlük verin”.
Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi səbəbindən İstanbul hava limanında nəzərdə tutulan bəzi təyyarə reysləri də ləğv olunub.