BAKI, 19 fevral. TELEQRAF

Kolumbiya hakimiyyəti narkokartellərin Prezident Qustavo Petronun təyyarəsini vurmağı planlaşdırdığından şübhələnir.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı özü danışıb.

Prezident Petro yeni polis rəisi Karlos Triananın andiçmə mərasimində deyib: "General Triana, siz buna son qoymalısınız. Mən bunun qorxulu olduğunu bilirəm. Bildiyiniz kimi, mənim təyyarəmi narkotik alverçilərinin aldıqları raketlə vurmağa çalışırlar. Onların bir yox, iki raketi var və biz bu adamların kimliyini bilirik".

Petronun fikrincə, narkokartellər onu öldürmək istəyir, çünki ölkə hökuməti “dünyanın ən böyük mafiya qruplarını təqib edir”.