
BAKI, 18 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar artıq bir saatdır ki, davam edir.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Görüş mətbuatın iştirakı ilə başlayıb. Rusiya tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir. ABŞ-dən isə Dövlət katibi Marko Rubio, Trampın təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və xüsusi nümayəndə Ceyson Uitkoff iştirak edirlər. Danışıqlar zamanı Rusiya tərəfi amerikalı həmkarlarını dinləyəcək, növbəti addımlar haqqında qərarları isə Putin və Tramp qəbul edəcəklər”,- məlumatda deyilir.