![](https://teleqraf.az/storage/2025/02/12/715x378/untitled-1.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Gündəliyə ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmək planı daxil olsa, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Vaşinqtona getməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Misirin iki təhlükəsizlik mənbəsi “Times of Israel”ə deyib.
Fevralın 1-də Tramp və Sisi arasında telefon danışığı zamanı ABŞ prezidenti misirli həmkarını ölkəsinə dəvət edib. ABŞ rəsmisi deyib ki, səfər üçün heç bir tarix təyin olunmayıb.
Xatırladaq ki, ABŞ prezidenti bundan əvvəl İordaniya və Misirdən qəzzalıları qəbul etmələrini tələb etmişdi. Tramp bu olmayacağı halda hər iki ölkəyə ABŞ-nin yardımının kəsiləcəyi ilə hədələmişdi.