
BAKI, 8 fevral, TELEQRAF
İsrail hökuməti HƏMAS-ın 3 girovu azad etməsi müqabilində onlarla fələstin vətəndaşını sərbəst buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
İsrailin Ofes həbsxanasından çıxarılan əsirləri daşıyan avtobus İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinə çatıb.
HƏMAS və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına əsasən, gün ərzində ümumilikdə 183 fələstinli girovun azadlığa buraxılması nəzərdə tutulub.