
BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantlarla mübarizəyə mane olan ştat və şəhərləri məhkəməyə verməkdə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri və Baş prokuror Pem Bondi bildirib.
O deyib ki, fevralın 6-da artıq administrasiya təkcə "Çikaqo şəhərinə deyil, İllinoys ştatına, merə, qubernatora və başqalarına" məhkəmə iddiası qaldırıb.