
BAKI, 7 fevral. TELEQRAF
Amerikanın 12 ştatının nümayəndələri məhkəmədən amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) imtiyazlarının məhdudlaşdırmağı tələb edəcəklər.
Teleqraf bildirir ki, bu barədə Nyu-Yorkun Baş prokuroru Letisiya Ceyms açıqlama verib.
Ceyms bildirib: “Yer üzünün ən zəngin adamı olan Mask “yox” eşitməyə öyrəşməyib, amma bizdə ölkədə heç kəs qanundan üstün deyil. Prezidentin seçdiyi adamların şəxsi məlumatları ötürmək səlahiyyəti yoxdur və o, Konqres tərəfindən icazə verilən ödənişləri dayandıra bilməz”.
Ceyms həmçinin əlavə edib ki, Amerika baş prokurorları Mask və onun rəhbərlik etdiyi departamentin Amerika vətəndaşlarının şəxsi məlumatlarına və bank hesablarına çıxışını məhdudlaşdırmaq niyyətindədirlər.