BAKI, 7 fevral. TELEQRAF

İndoneziyanın paytaxtı Cakartada polis 56 kişinin əyləncə məclisini dağıdıb.

Teleqraf xəbər verir ki, bu barədə "Asia One" məlumat yayıb.

Polis geylərin oteldə keçirilən tədbirini dağıdıb. "Əyləncə gecəsi"nin üç təşkilatçısını 15 ilə qədər həbs cəzası gözləyir. Onlar nalayiq tədbir təşkil etməkdə ittiham olunurlar.

Polisdən bildiriblər ki, kişilər əyləncəyə "həzz üçün" gəliblər. Hüquq-mühafizə orqanlarının onların üzərindən HİV infeksiyasının qarşısını almaq üçün dərmanlar və prezervativ aşkarlayıblar.

İndoneziyada homoseksuallıq qanunla cinayət hesab edilməsə də, müsəlman cəmiyyəti tərəfindən qınanılır. Ölkədə seks xidmətləri qadağan edilib, geyləri də elə bu zəmində həbs ediblər.