BAKI, 7 fevral. TELEQRAF

"Krokus Siti Holl”da törədilən terror aktı ilə bağlı işə Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi baxacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, əvvəlcə tərəflər cinayət işinin materialları ilə tanış olacaqlar. Prokurorluq tərəfindən təsdiqləndikdən sonra iş məhkəməyə veriləcək.

Mənbə izah edib: “Müttəhimlərin çoxluğuna görə, ola bilsin ki, məhkəmə dinləmələri kənarda keçirsin”.

Ümumilikdə, işdə 20-yə yaxın şəxs iştirak edir, onlardan dördü terror aktının birbaşa icraçısı olub.

İşə martın 20-dən sonra baxılacağı gözlənilir.