
Fransa ilk “Mirage 2000” qırıcılarını Kiyevə göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekorn “X” platformasında paylaşım edib.
“Qırıcıların bir hissəsi bu gün Kiyevə çatıb. Fransada aylarla təlim keçmiş ukraynalı pilotlarla birlikdə bu təyyarələr Ukrayna səmasını qoruyacaq”, - o yazıb.
Qeyd edək ki, 2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron “Mirage 2000” qırıcılarını Ukraynaya təhvil veriləcəyini açıqlamışdı.