ABŞ Rusiya ilə birbaşa qarşıdurmanın astanasında deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının dövlət katibi Entoni Blinken “The New York Times” qəzetinə müsahibəsində bildirib .

“Biz narahatlığımızı Rusiya ilə münaqişənin qarşısını alacaq şəkildə həll etdik. Düşünürəm ki, biz birbaşa münaqişəyə yaxın deyilik, lakin çox diqqətli olmalıyıq”.

Blinken amerikalıların hərbi münaqişələrdə iştirak təşəbbüsünü dəstəkləmədiyini də vurğulayıb.