BAKI, 12 noyabr. TELEQRAF
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmə aparıb.
Teleqraf xəbər verir ki, bu, İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etmək üçün Dublinə səfər edib.