BAKI, 12 noyabr. TELEQRAF
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələri Tehrana qarşı hərbi əməliyyatlar üçün bazalardan istifadənin yolverilməzliyi barədə xəbərdar edib.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
M.Rzayi həmin dövlətləri Vaşinqtonu bu cür hərəkətlərdə dəstəkləməməyə çağırıb və Tehranın mümkün nəticələr barədə əvvəlcədən xəbərdarlıq etdiyini xatırladıb.
Rezai bildirib ki, Amerika təyyarələrinin uçuş apardığı istənilən ərazi İran üçün təhlükə hesab ediləcək.
O, İranın belə bir mövqeyi özünün təbii hüququ hesab etdiyini və bunun beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə nəzərdə tutulduğunu vurğulayıb.