“Bəstəkarlıq fakültələri yavaş-yavaş bağlanır, başqa fakültələrlə birləşdirilir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, gənc bəstəkarlar iş tapa bilmirlər: “Çox acınacaqlı vəziyyətdir. Artıq diplomlarda belə “bəstəkar” sözünü yazmırlar. İnanın ki, gənc bəstəkarlar kabinetimə gəlirlər və ağlayırlar ki, dolanışığımız yoxdur, bizə iş verilmir”.