BAKI, 13 noyabr. TELEQRAF

“Opera və Balet Teatrında təmir işlərini başa çatdırmağımız çox vacibdir. Orada biz əsl mənada opera tamaşaları nümayiş etdirə bilərik. Muzeylərimizin demək olar ki, hamısında kondisionerləşmə sistemi çox bərbad vəziyyətdədir. Bunların hamısının yenilənməsi məsələsini siz də öz tərəfinizdən qaldırın. Çünki bu, ümumi məsələmizdir”.

Teleqraf verir ki, bu sözləri Milli Məclisin deputatı Rafael Hüseynov “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bunların hamısı nəzərə alınmalıdır: "Orada ventilyator qoymaq heç də uyğun deyil. Bizim yüksək mədəniyyətimiz var, onu ortaya çıxarmağa gücümüz də var.

Sadəcə, mədəniyyətə bir qədər daha diqqətlə yanaşmaq lazımdır. Bunun üçün maliyyə dəstəyi ayrılmalı, mədəniyyətimizin ən vacib istiqamətlərini inkişaf etdirmək üçün vəsait nəzərdə tutulmalıdır”.