BAKI, 12 noyabr. TELEQRAF

Yəmən üsyançı hərəkatı - Ənsar Allah husiləri Ər-Riyadda "Saudi Aramco" şirkətinin obyektinə, eləcə də krallığın cənubundakı hava limanına və aviabazasına dron və ballistik raket zərbələri endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səria məlumat verib.

"Silahlı qüvvələrimiz Ər-Riyadda dron vasitəsilə "Aramco" şirkətinə hücum ediblər", - deyə o, Telegram kanalında yazıb. Sariyanın sözlərinə görə, əməliyyatın hədəfi uğurla vurulub.

Bundan əlavə, husilər Şərura hava limanında dron vasitəsilə hərbi nəqliyyat təyyarəsini vurublar. Saria əlavə edib ki, üsyançılar həmçinin Xamis Muşait hava bazasına ballistik raket hücumu həyata keçiriblər.