BAKI, 12 noyabr. TELEQRAF

Türkiyənin Malatya vilayətində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

***

20:31

Türkiyənin Malatya vilayətində helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

S-70 tipli helikopterin qəzaya uğrama səbəbi hələlik açıqlanmır.

Qəza yerində xilasetmə işləri aparılır.