BAKI, 13 noyabr. TELEQRAF

Portuqaliya millisi Kriştianu Ronaldunun şərəfinə xüsusi vida mərasimi təşkil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

UEFA Millətlər Liqasının A4 qrupunun V turunda Danimarka ilə qarşılaşacaq Portuqaliya yığmasının bütün futbolçuları matçdan əvvəl meydana 7 nömrəli forma ilə çıxacaqlar. Mərasim şənbə günü Braqadakı “Estadio Municipal” stadionunda keçiriləcək.

Bu qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jezuş və komandanın liderləri Bernardo Silva, Ruben Dias və Bruno Fernandeşin iştirakı ilə keçirilən görüşdə qəbul olunub.

Bununla yanaşı, qarşılaşmanın 7-ci dəqiqəsində azarkeşlər Ronaldunun şərəfinə ayağa qalxaraq onu alqışlayacaqlar. UEFA-nın da bu xüsusi mərasimlərin keçirilməsinə icazə verdiyi bildirilir.

Ronalduya ehtiram təkcə matçla məhdudlaşmayacaq. Portuqaliya Futbol Federasiyası milli komandanın təlim-məşq bazasındakı “Athletes House” binasında futbolçunun əvvəllər qaldığı otağı da boş saxlayacaq. Bu addım onun komandadan ayrılmasının simvolik ifadəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003-cü ilin avqustundan Portuqaliya millisində çıxış edib.