TOVUZ, 13 noyabr. TELEQRAF

Tovuzda bıçaqlanan hamilə qadın ölüb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, "Asan Xidmət" Mərkəzinin qarşısında baş verən hadisənin səbəbləri araşdırılır.

Polisin keçirdiyi tədbirlər nəticəsində 2002-ci il təvəllüdlü Səbinə Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.

Səbinə Məmmədlini bıçaqlayan şəxs qardaşıdır və hər ikisi Düz Cırdaxan kənd sakindir.

***

17:02

Tovuzda "Asan Xidmət" Mərkəzinin qarşısında qadın bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, bıçaqlanan qadın hamilə olub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başlanılıb.