BAKI, 13 noyabr. TELEQRAF
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Belarus - Albaniya matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən "İllovski Rudolf" stadionunda baş tutacaq.