BAKI, 13 noyabr. TELEQRAF

PFL-in yüngül çəkidə məğlubiyyətsiz və hazırkı çempionu, rusiyalı döyüşçü Usman Nurməhəmmədov BƏƏ-də altı ay müddətinə həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin həmsöhbəti bildirib ki, Usman Nurməhəmmədov altı aylıq həbs cəzasına məhkum edilib.

Bundan əvvəl BƏƏ-nin Əbu-Dabi Əmirliyinin Məhkəmə Departamenti sosial şəbəkələrdə dava-dalaşın səkkiz iştirakçısının altı ay müddətinə azadlıqdan məhrum edildiyini və külli miqdarda cərimələndiyini açıqlamışdı.

Qeyd edək ki, qalmaqallı hadisə noyabrın 11-də, çərşənbə günü Əbu-Dabidəki hotellərin birində baş verib. Usman Nurməhəmmədov və komandası UFC-nin keçmiş ən yüngül çəki çempionu Merab Dvalişviliyə hücum edib.