Ərdoğanın Nobel namizədliyinə ilk dəstəyi Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
Qeyd edək ki, Şentop daha öncə Rusiya-Ukrayna böhranının həllində göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğanı “Nobel Sülh Mükafatı”na namizəd göstərib.
Sancrani Norveç Nobel Komitəsinə ünvanladığı məktubda Ukrayna böhranının həllində göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğanı “Nobel Sülh Mükafatı”na namizəd göstərib.
O tvitter hesabında məktubunun mətnini bölüşüb:
"Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitəcək nüvə partlayışı nöqtəsinə çevrildi. Yorulmaz səyləri və hər iki tərəfə vaxtında və təsirli müdaxilələri sayəsində qlobal bir fəlakətin qarşısını bir tək o aldı".