“2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9% artaraq 254,2 milyard dollara çatıb ki, bu da ölkə tarixində rekord göstəricidir”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin 2022-ci il üçün xarici ticarət göstəriciləri ilə bağlı keçirilən tədbirdə deyib.

“Son 20 il ərzində biz ölkənin inkişafı üçün fəal addımlar atırıq. Türkiyənin bu gün ixracı elə bir səviyyədədir ki, onun artımını Rusiya və Ukrayna arasındakı müharibə kimi qeyri-müəyyənliklər və maneələr, habelə energetika və xammal sferalarındakı böhranlar dayandıra bilməz”, - o bildirib.