İsrailin Suriyanın Hələb şəhərindəki beynəlxalq hava limanına hücum təşkil etdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, məlumatı Suriyanın SANA dövlət agentliyi təsdiqləyib.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu isə hava hücumlarının bölgədəki İranın dəstəklədiyi silahlı birləşmələrin mövqelərini və silah-sursat anbarlarını hədəf aldığını iddia edib.