BAKI, 24 sentyabr. TELEQRAF

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı oktyabrın 2-də keçiriləcək.

Teleqraf-ın əldə etdiyi məlumata görə, qurultay Heydər Əliyev Mərkəzində baş tutacaq.

Məlumata görə, artıq partiyanın qurultayına hazırlıq məqsədilə rayon və şəhər təşkilatlarında konfranslar yekunlaşıb.

YAP-ın yerli təşkilatlarında keçirilən konfranslarda partiyanın növbəti qurultayında iştirak edəcək nümayəndələr seçilib. Rayon və şəhər təşkilatlarında hakim partiyanın növbəti qurultayı ilə bağlı verilən təlimata uyğun işlər icra edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı 5 mart 2021-ci ildə keçirilib.