BAKI, 24 sentyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampdan Çin Sədri Si Cinpinlə danışmasını və müharibənin dayandırılması üçün onu Rusiya Prezidenti Vladimir Putinə təsir göstərməyə çağırmasını xahiş etmişəm”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“ABŞ Prezidentindən açıq şəkildə xahiş etdim ki, Si Cinpinlə danışsın və ondan müharibəni bitirməsi üçün Putinə təsir göstərməsini istəsin”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, Çin Rusiyaya ən azı enerji sahəsində, dənizlərdə naviqasiya təhlükəsizliyi və taxıl ixracı məsələlərində təsir göstərə bilər: “Prezident Tramp mənə Si Cinpinə hər şeyi çatdıracağını dedi”.