BAKI, 24 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 1 milyard 115 milyon 395 min manat məbləğində sığorta haqqı toplanıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur.

Bundan əlavə, cari ilin 8 ayında sığorta şirkətləri tərəfindən 773 milyon 153 min manat ödəniş edilib. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahədə 27,2% artım qeydə alınıb. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu sahədə 28,1% artım qeydə alınıb.