BAKI, 23 sentyabr. TELEQRAF

İran heç vaxt təcavüzkar olmayıb və müharibəyə başlamayıb.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəsinin hərbi imkanları hücum məqsədi daşımır və İran özünə qarşı hücumlara cavab olaraq müdafiə edilir: "Biz sübut etdik ki, özümüzü müdafiə etmək üçün müharibədən qorxmuruq, sülh üçün isə danışıqlardan qaçmırıq və əziz İranı müdafiə etmək üçün sonadək dayanacağıq. Bu sessiyanın əsas mövzusu etimadın bərpasıdır. Əgər ədalətin ardıncayıqsa, dost və rəqib eyni meyarla qiymətləndirilməlidir və insan hüquqları geosiyasi rəqabət alətinə çevrilməməlidir. İran xüsusi imtiyaz istəmir, bərabər hüquqlar istəyir”.