BAKI, 24 sentyabr. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Məlumata görə, 8 ay ərzində ödənilən vəsaitlərin bölgüsü aşağıdakı kimi olub:
Pensiyalar üzrə: 5 milyard 222 milyon manat
Müavinətlər üzrə: 961 milyon manat
Təqaüdlər üzrə: 542 milyon manat
Ünvanlı dövlət sosial yardımı üzrə: 270 milyon manat
Qeyd olunub ki, cari ilin 8 ayında sosial ödənişlər üzrə ayrılan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 633 milyon manat və ya 10 faiz çox təşkil edib.