BAKI, 24 sentyabr. TELEQRAF
2026-cı ilin birinci rübündə Azərbaycanda inflyasiya orta hesabla 5,7 faiz təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə AYİB-un "Regional İqtisadi Perspektivlər" hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, bu göstərici Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonunun yuxarı həddinə yaxın olub:
"AMB fevralda uçot dərəcəsini 25 baza bəndi endirdikdən sonra onu 6,5 faiz səviyyəsində sabit saxlayıb. 2026-cı ilin ilk yeddi ayında dövlət büdcəsində ÜDM-in təxminən 4,5 faizi həcmində profisit yaranıb. Dörd rüb üzrə hesablanan göstəriciyə əsasən, 2026-cı ilin birinci rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3 faizini təşkil edib. 2026-cı ilin avqustun əvvəlində strateji valyuta ehtiyatlarının həcmi 2025-ci il üzrə ÜDM-in 114 faizinə bərabər olub. Bu göstərici illik müqayisədə 12,2 faiz artıb".