BAKI, 24 sentyabr. TELEQRAF

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda yeni meyarlar müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qaydalar və yeniliklər təklif edilir.

Komitədə müzakirəyə çıxarılan layihədəki təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.