BAKI, 24 sentyabr. TELEQRAF

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə "Qəbələ" klubunun hazırlıq planı müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bölgə klubu fasilə müddətində iki yoxlama qarşılaşması keçirəcək. Komanda sentyabrın 27-də "Karvan Yevlax"la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.