BAKI, 24 sentyabr. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri iki ölkənin bu il üçün planlarına daxil edilib”.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib.
“Hələlik detallar barədə razılığa gəlməmişik, amma ümumi plana daxil edilib. Bunun reallaşması üçün Ermənistan rəsmiləri ilə birgə işləməliyik”, o bildirib.
Şirqulami həmçinin qeyd edib ki, İran və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlığın institutlaşdırılmasına və onun əsas sahələrinin dəqiq müəyyənləşdirilməsinə səbəb olacaq:
“Artıq bu istiqamətdə işlər davam edir və tərəflər yaxın gələcəkdə sənədin imzalanması üçün səylər göstərirlər”.
Fevral ayında Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırdığı bildirilmişdi.