Avropa İttifaqı Ukraynada qurumun hərbi təlim missiyasının yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Velt am Sonntag” qəzeti məlumat yayıb.
Sözügedən missiya “EU Military Advisory and Training Mission Ukraine” (Aİ-nin Ukraynada hərbi-məsləhətçi və təlim missiyası) adını alacaq.
“Avropa İttifaqı hesab edir ki, belə bir missiya, Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı hərbi fəaliyyəti, həmçinin Krımla bağlı vəziyyət fonunda Ukrayna ilə həmrəyliyin ifadəsinə çevriləcək”, - nəşr qeyd edib.