
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurmaya son qoyulmasını və vəziyyətin dinc yolla həll edilməli olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Baş katib Tacikistan-Qırğızıstan sərhədindəki vəziyyəti yaxından izlədiyini və öyrəndiyini bildirib.
“KTMT bu münaqişəyə son qoyulacağına inanır. Sülh yolu ilə həll edilməlidir. Bu münaqişənin həlli üçün bütün lazımi tədbirlər görülür”, -KTMT-nın Baş katibi deyib.
Məlumat üçün bildirək ki, KTMT-nin Baş katibi Stanislav Zas hazırda Düşənbədədir. O, Tacikistan və Qırğızıstan təhlükəsizlik surasının katibləri Nasurulla Mahmudzadə və Ryskeldi Musaevlə mövcud vəziyyəti müzakirə edib.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət aprelin 28-dən pisləşib. Tatarıstan vətəndaşları Batken bölgəsindəki Kok-Taş kəndində su götürmə yerində kameralar quraşdırmağa başlayandan sonra vəziyyət kəskinləşib.Əvvəlcə iki ölkə vətəndaşları bir-birinə daş atıblar. Daha sonra Tacikistan tərəfi ov tüfəngləri ilə Qırğızıstan vətəndaşlarının avtomobillərinə atəş açıb. Münaqişə nəticəsində 134 Qırğızıstan vətəndaşı yaralanıb, 13 nəfər öldürülüb.
Bu gün Qırğızıstan və Tacikistan silahlı qarşıdurmanın həllinə dair bəyanat və protokol imzalayıb. Sərhəd bölgələrində silahlı qarşıdurmanın həlli üçün iki ölkə hökumətlərinin təşəbbüsü ilə yaradılan komissiya hadisənin səbəblərini və nəticələrini müzakirə edəcək.
Habelə, silahlı qarşıdurmanın dayandırılması, hərbçilərin geri çəkilməsinə dair tərəflər bəyanat imzalayıblar.