BAKI, 24 noyabr. TELEQRAF

Ermənistan İranı əmin edib ki,TRIPP layihəsi çərçivəsində iki ölkənin ümumi sərhədi yaxınlığında hər hansı dövlətin hərbi qüvvələri yerləşdirilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"İran sərhədləri yaxınlığında hər hansı hərbi və ya təhlükəsizlik qüvvələrinin mövcudluğu yolverilməzdir və Ermənistan tərəfi bununla bağlı lazımi təminatlar verib. İki ölkə arasında yüksək etimad səviyyəsi formalaşıb", - o qeyd edib.