BAKI, 23 noyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Alen Simonyan sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Vilnüsdə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, viza liberallaşdırılması və Ermənistan-Avropa İttifaqı gündəliyi müzakirə olunub.

Alen Simonyan görüşü məhsuldar adlandırıb.